Afət Fərmanqızı məhkəməyə gəlmədi - Hamilədir

17:35 - 29 Aprel 2022 - MAQAZİN

Müğənni Afət Fərmanqızı hamilədir. 

Lent.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ifaçının vəkili məhkəməyə onun 10 həftəlik hamilə olduğu barədə sənəd göndərib.

Bu səbəbdən məhkəmə təxirə salınıb.

Məhkəmənin növbəti iclası mayın 6-a təyin edilib. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.

Xəbər xətti