Bakıda intihara cəhd hadisəsi baş verib.
Hadisə Yasamal rayonunda qeydə alınıb. Şəfayət Mehdiyev küçəsində 2000-ci il təvəllüdlü S.Musalı özünə ülgüclə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.///report