Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 22 yaşlı gənc intihara cəhd edib

08:17 - 29 Aprel 2022 tarixində dərc olunub.

Bakıda intihara cəhd hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Şəfayət Mehdiyev küçəsində 2000-ci il təvəllüdlü S.Musalı özünə ülgüclə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: