Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

15:57 - 28 Aprel 2022 - HADİSƏ

Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

Məlumatı yerli fövqəladə halları idarəsi yayıb.

“Saratov vilayətində təlim uçuşu yerinə yetirərəkən helikopter qəzaya uğrayıb. Bir nəfər ölüb”, - məlumatda qeyd olunub.

Saratovun meri Mixail İsayev qəzanın baş verdiyini təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.

Hadisənin səbəbi və helikopterin göyərtəsindəki adamların sayı dəqiqləşdirilir.

Xəbər xətti