Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada helikopter qəzaya uğrayıb, <font color=red><b>ölən var</b></font>

15:57 - 28 Aprel 2022 tarixində dərc olunub.

Rusiyanın Saratov vilayətində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

Məlumatı yerli fövqəladə halları idarəsi yayıb.

“Saratov vilayətində təlim uçuşu yerinə yetirərəkən helikopter qəzaya uğrayıb. Bir nəfər ölüb”, - məlumatda qeyd olunub.

Saratovun meri Mixail İsayev qəzanın baş verdiyini təsdiqləyərək, pilotlardan birinin sağ-salamat tapıldığını bildirib.

Hadisənin səbəbi və helikopterin göyərtəsindəki adamların sayı dəqiqləşdirilir.

Müəllif: