Peyvəndləmə göstəricisi aşağı olan rayonlar açıqlanıb

12:14 - 28 Aprel 2022 - ÖLKƏ İÇİ

Azərbaycanın regionlarında peyvəndləmə göstəricisi aşağı olan bölgələr açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, 2021-ci ilin yekunlarına görə, Yevlax, Yardımlı, Ucar, Göygöl, Qobustan, İmişli rayonlarında və Mingəçevir, Naftalan şəhərlərində peyvəndləmənin yerinə yetirilmə göstəricisinin aşağı olması müşahidə olunub. Bu səbəbdən həmin rayon və şəhərlərdə Səhiyyə Nazirliyi Gigiyena Epidemiologiya Mərkəzininin mütəxəssisləri tərəfindən ÜST-nin dəstəyi ilə monitorinq və təlimlər keçirilir.

Qeyd edilib ki, müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalmış uşaqların planlı vaksinasiyaya cəlb olunması Avropa İmmunlaşdırma Həftəsinin əsas məqsədlərindəndir.

Xəbər xətti