Sərxoş halda qəza törədən polis polkovniki ilə bağlı qərar verildi

13:49 - 27 Aprel 2022 - Xəbər

Polis polkovniki işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.

V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı. 

Xəbər xətti