Metroda iki qız qatar yoluna düşüb tunelə qaçdılar

13:34 - 27 Aprel 2022 - Xəbər

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. 

Bu barədə Oxu.Az a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə  “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən altı dəqiqə yubanma yaranıb.

Xəbər xətti