Ramiz Mehdiyevi əvəzləyəcək şəxs bu gün məlum olacaq

09:25 - 27 Aprel 2022 - Xəbər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək.

İclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.///oxu.az

Xəbər xətti