Uşaq bağçalarında yoxlamalar keçiriləcək

18:38 - 26 Aprel 2022 - Cəmiyyət

Uşaq bağçalarının müdirlərinin işə qəbulunun müsabiqə əsasında keçirilməsi nəzərdə tutulur.

Bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yaxın həftələrdə bununla bağlı elan veriləcək.

Nazir bildirib ki, növbəti həftələrdə bağçalarda planlı və plandankənar yoxlamalar keçiriləcək.///report

Xəbər xətti