"Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur" - Səhiyyə naziri

17:16 - 26 Aprel 2022 - ÖLKƏ İÇİ

"Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur".

Ucnoqta.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib.

“Hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır. Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər” - deyə nazir qeyd edib.
 

Xəbər xətti