Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həftəsonu rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən, dayanma-durma qaydalarına riayət etməyən, atmosferə normadan artıq zəhərli qaz ixrac edən və digər qayda pozuntularına yol verən sürücülər aşkar edilib.
Onlarla izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.
Tədbir zamanı kobud qayda pozuntularına yol verən 70-dən artıq şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.