Rusiya Ukraynanı sualtı qayıqlarla da vurur: “Kalibr” raketləri...

15:19 - 23 Aprel 2022 - DÜNYA

Rusiya Ukraynaya raket zərbələri endirmək üçün sualtı qayıqlardan da istifadə edir.

Bu barədə Ukraynanın telegram kanalları məlumat yayıb.
Bildirilir ki, Rusiya qoşunları Qara dənizdə 4 sualtı qayıqdan “Kalibr” raketləri ilə Ukraynanı vurur. Məlumatda qeyd olunur ki, “Moskva” kreyserinin batmasından sonra sualtı qayıqlardan daha tez-tez istifadə etməyə başlanılıb.

Söhbət Rusiya sualtı qayıqlarının "877 Halibut” layihəsindən gedir. Raketlər həmin qayıqlardan 50 metrə qədər dərinlikdən buraxılır. Buna səbəb isə radarların və peyklərin onları effektiv şəkildə ələ keçirməsinə mane olmaqdır.///lent.az

Xəbər xətti