Qəzənfər Abbasovdan Brilyant Dadaşovaya cavab

11:33 - 23 Aprel 2022 - MAQAZİN

"Gənclər nə istəsələr edə bilərlər, təki ürəklərincə olsun. Çünki bütün sahələrdə, xüsusən də mühaibədə gənclər qan töküb, şəhid olublar, bir hissəsi isə qazi və veterandır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov Xalq artisti Brilyant Dadaşovanın gəncləri zövqsüzlükdə ittiham etməsi ilə bağlı  açıqlamasına münasibət bildirərkən deyib. Xanəndə gənclərin bütün üslublarda oxumalarını müsbət qiymətləndirib:

"O səs Azərbaycan”da iştirak edən tələbəm Murad Bayramlı Tünzalə Ağayevanın qrupunda idi. Biləndə ki, Murad müharibə veteranıdır, salondakı tamaşaçılar ayağa qalxdı, münsiflər onu ayaqüstə alqışladılar. Ancaq Brilyant xanım oturduğu yerdən durmadı. Gənclərə canı yananlar bunu düşünsünlər. Musiqi ilə məşğul olmaq gözəl vərdişdir. Dini musiqi və digər sahələri də bilmələri müsbət haldır, təki cinayətkarlar olmasın”.

Xanəndə bu gün cəmiyyətdə sağlam ruhlu gənclərin üstünlük təşkil etdiyini deyib:
"Daha çox olsunlar. Klassik üslubu qoruyub saxlayırıq və tədris edirik. Öyrənmək istəyənlərə Milli Konservatoriyanın qapıları açıqdır”.
Qeyd edək ki, Xalq artisti Brilyant Dadaşova gəncləri zövqsüzlükdə ittiham edib: "Belə bir tendensiya yaranıb: Gənclərimizin bir hissəsi mərsiyə stilində mahnılar dinləyirlər, oxuyurlar. Bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar. Bir hissəsi isə sadəcə xarici musiqiyə qulaq asırlar".

Xəbər xətti