Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

09:18 - 22 Aprel 2022 - ÖLKƏ İÇİ

“Hər gün zəlzələ olur, ötən gecə 36, ondan öncəki gecə isə 31 yeraltı təkan qeydə alınıb”.

Bunu Oxu.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, bu o demək deyil ki, yeraltı təkanlarda oyanma var:

“Onların içərisində zəif dərəcədə hiss olunanları olur. 100 nəfərdən biri bu yeraltı təkanları hiss edər, ya etməz. Azərbaycanda qorxulu bir zəlzələ gözlənilmir. Əksinə, yeraltı təkanların belə - üç bala yaxın, üç bal gücündə xırda-xırda qeydə alınması yaxşıdır”.

“Son günlərdə Zaqatala, Balakən, Salyan, Mingəçevir tərəflərdə üç bal gücündə zəlzələlər olmuşdu”, - deyə Q.Yetirmişli qeyd edib.

08:01

Biləsuvar rayonunda zəlzələ baş verib.

"Report"un məlumatına görə, yeraltı təkanlar saat 07:47-də qeydə alınıb.

Zəlzələ 3 bala qədər hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xəbər xətti