İsmayıllı rayonunda vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davam etdirilir
Ucnoqta.az xəbər verir ki, növbəti səyyar görüş Ruşan kəndində keçirilib. Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik və su təchizatının yaxşılaşdırılması, kəndarası yolların və Vəng kəndinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.