Rusiya ABŞ və Kanada vətəndaşlarına qarşı sanksiya tətbiq edib

19:20 - 21 Aprel 2022 - DÜNYA

Rusiya ABŞ və Kanada vətəndaşlarına qarşı sanksiya tətbiq edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Belə ki, sanksiyalar siyahısına ABŞ-ın 29, Kanadanın 61 vətəndaşı daxildir. Siyahıda "Meta"nın rəhbəri Mark Zukerberq və ABŞ-ın vitse-prezidenti Kamala Harris də var.

Xəbər xətti