Rusiya ABŞ və Kanada vətəndaşlarına qarşı sanksiya tətbiq edib
19:20 - 21 Aprel 2022 tarixində dərc olunub.
Rusiya ABŞ və Kanada vətəndaşlarına qarşı sanksiya tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sanksiyalar siyahısına ABŞ-ın 29, Kanadanın 61 vətəndaşı daxildir.
Siyahıda "Meta"nın rəhbəri Mark Zukerberq və ABŞ-ın vitse-prezidenti Kamala Harris də var.