Əməkdar artist Vasif Məhərrəmli son günlər xeyli çəki atmasının səbəbini açıqlayıb.
Müğənni 7 aydır pəhriz saxladığını və idmanla məşğul olduğunu açıqlayıb.
“Fitnesə gedirəm, hər gün idmandayam. Eyni zamanda da pəhriz saxlayıram. Onsuz mümkün deyil. 7 aydır dilimə şirniyyat dəymir: qənd, konfet, mürəbbə, şokolad, tort yemirəm”, - deyə Vasif verilişlərin birində qonaq olarkən deyib.///axşam.az