Ramazan ayının on beşinci gününün duası - imsak və iftar vaxtları

22:33 - 15 Aprel 2022 - Cəmiyyət

Sabah Ramazan ayının on beşinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 16-da imsak vaxtı saat 04:31-də, iftar vaxtı isə 19:34-dədir.

On beşinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!”

Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”

Allah orucunuzu qəbul eləsin!

Xəbər xətti