Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayacaq

16:28 - 15 Aprel 2022 - Cəmiyyət

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd olunub ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.

 

Xəbər xətti