Məcburi köçkünlərin "Azəristiliktəchizat"a 6 milyon manat borcu var

12:40 - 15 Aprel 2022 - ÖLKƏ İÇİ

Məcburi köçkünlərin "Azəristiliktəchizat" ASC-yə 6,384 milyon manat borcu var.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, "Azəristiliktəchizat" özü də Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.

Xəbər xətti