Mexaniki sayğaclar daha çox qaz yazır? - AÇIQLAMA

11:26 - 15 Aprel 2022 - Cəmiyyət

Mexaniki sayğacların daha çox yazması kimi fikirlər əsassızdır". 

Ucnoqta.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, belə fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür:

"Guya mexaniki sayğacların 1 kub əvəzinə 2 kub yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlər əsassızdır".

Xəbər xətti