Azərbaycanda nazirin birinci müavini VƏFAT ETDİ

10:14 - 15 Aprel 2022 - Cəmiyyət

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fətizadə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.

1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.

 

Xəbər xətti