İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib.
Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.