İsveçdə vəfat edən professor Arif Rəhimoğlu həmin ölkədə dəfn edilib.
“Qafqazinfo”nun məlumatına görə, İsveçin Yeteborq şəhərində vəfat edən alimlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
20 kitab və 250-dək elmi məqalə müəllifidir. O, 2003-cü ildə İsveçə mühacirət etmişdi.