Ucnoqta.az
www.ucnoqta.az

Arif Rəhimoğlu İsveçdə dəfn edildi -<font color=red><b> FOTO</b></font>

18:08 - 14 Aprel 2022 tarixində dərc olunub.

İsveçdə vəfat edən professor Arif Rəhimoğlu həmin ölkədə dəfn edilib.

“Qafqazinfo”nun məlumatına görə, İsveçin Yeteborq şəhərində vəfat edən alimlə vida mərasimi keçirilib. 

Qeyd edək ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.  
 
20 kitab və 250-dək elmi məqalə müəllifidir. O, 2003-cü ildə İsveçə mühacirət etmişdi.

Müəllif: