Tanınmış müğənni Petek Dinçöz Türkiyəni tərk edib.
Müğənni bu barədə "Instagram" hesabından açıqlama yayıb. Belə ki, o, bundan sonra Mayamidə yaşayacağını bildirib:
“Məni illərdir tək qoymayan, mənimlə birlikdə böyüyən Petek Dinçöz fan klub ailəm, sonra siz dəyərli sevənlərim. Əvvəlcə mənə görə narahat olduğunuz üçün çox təşəkkür edirəm, mən çox yaxşıyam. Oğlumun xarici dili daha sürətli və yaxşı inkişaf etdirə bilməsi üçün bundan sonrakı müddətdə təhsil və tədris ilini ölkəxaricində davam etməsini istədiyimdən Mayamidə yaşamaq qərarına gəldim. Bir müddət işlərimlə bağlı gedib-gələcəyəm. Bundan başqa, bura çox gözəldir, öyrəşməyə çalışırıq. Əlimdən gəldiyi qədər də instaqramda aktiv olmağa çalışacağam. Hamınızı çox sevirəm”.
Qeyd edək ki, Petek Dinçöz bir ay əvvəl Serkan Kodaloğlu ilə 8 illik evliliyinə son qoyub.///unikal