Bu gün Azərbaycanın bir sıra ərazilərinə qar yağıb.
“Qafqazinfo"nun xəbərinə görə, axşam saat 17 radələrindən başlayaraq Gədəbəy, Daşkəsən və Şəki rayonlarına qar yağmağa başlayıb.
Ucqar kəndlərdə qarın hündürlüyü bir qədər çox olsa da, rayon mərkəzlərinə az qar düşüb.
Sözügedən rayonların yol və enerji infrastrukturunda heç bir çətinlik yaşanmır.
***
Bu gün günorta saatlarından şimal-qərb bölgəsində başlayan yağş axşam saatlarında Qax rayonunun dağlıq kəndlərində qara çevrilib. Belə ki, rayonun Sarıbaş, İlisu, Ağçay kəndlərinə qar yağır. Həmin kəndlərdə qarın hündürlüyü 5 santimetrə çatır.