Siyəzən seysmoloji stansiyasından 25 kilometr cənub-qərbdə - Quba rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a bildirilib ki, yeraltı təkanlar aprelin 12-də, yerli vaxtla saat 23:42-də qeydə alınıb.Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.4-ə bərabər olub.
Yeraltı təkanlar hiss olunmayıb.