Əməkdar artist Nigar Şabanova nikahdan kənar övlad dünyaya gətirməyi dəstəklədiyini deyib.
“Tarixin bir günü”ndə danışan ifaçı bu sözləri vurğulayıb:
“Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir? Yaşlananda, bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcəklər? Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir”. ///lent.az