Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yolunu nəzərdə tutulmamış yerlərdən keçən, yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən piyadaların, həmçinin lüzumsuz siqnallardan istifadə edən, sürət həddini aşan, bir-birlərinə yol verməyən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirmə tədbiri keçiriblər.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbir zamanı rayonun müxtəlif küçə və prospektində piyada təhlükəsizliyinin təmin edilməsinə, mövcud piyada keçidlərindən səmərəli istifadə olunmasına, yol hərəkəti təhlükəsizliyinin təbliğində hərəkət iştirakçılarının mövcud qaydalara riayət etməsinə daha çox diqqət yetirilib.
Eləcə də sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara yol hərəkəti haqqında qanunun tələbləri, sürücülərin hüquq və vəzifələri barədə müfəssəl məlumat verilib.