Vilayət Eyvazov Xocalıya yeni DYP rəisi TƏYİN ETDİ

18:25 - 10 Aprel 2022 - Xəbər

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Ramin Əliyev Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞ DYP bölməsində çalışıb. Xocalı DYP-nın əvvəlki rəisi Nemət Məmmədov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.///lent.az

Xəbər xətti