Döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - MN

15:59 - 10 Aprel 2022 - Xəbər

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib "Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 11.04.2022-ci il tarixdən 16.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Xəbər xətti