“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdı” - Əlikram

17:51 - 9 Aprel 2022 - MAQAZİN

Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında bildirib.

Zaur Kamal Əlikrama "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" deyildiyini xatırladıb.

Əlikram isə belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışırıq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".  

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb. 

Xəbər xətti