Bakıda 74 yaşlı kikşini qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Rizayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icratına verilib.
Xatırladaq ki, ötən il dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1970-ci il təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaıb.
Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.