DİM musiqi məktəblərinə işə qəbul imtahanını keçirəcək

18:35 - 8 Aprel 2022 - Cəmiyyət

Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

DİM-dən Ucnoqta.az-a verilən xəbərə görə, bu barədə DİM-də uşaq musiqi və incəsənət məktəblərinin direktorları ilə görüş zamanı məlumat verilib. Qeyd edilib ki, bundan əlavə, növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi planları haqqında danışılıb.

Xəbər xətti