Müğənni Manaf Ağayev cərimə meydançasında saxlanıldığı iddia edilən avtomobili ilə televiziyaya gəlib.
MTV-də yayımlanan aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinə qonaq olan sənətçi avtomobilinin cərimə meydançasında saxlanılması xəbərlərinə münasibət bildirib.
Ağayev lüks maşının özündə olduğunu deyib. Həmin vaxt verilişdə Manafın kanala avtomobili ilə gəldiyi görüntüləri nümayiş olunub.
İfaçı avtomobilinin əslində elə də baha olmadığını açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Manaf Ağayevə məxsus “Mercedes-Benz” markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması xəbərləri yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, vəkilin iddiaları əsassızdır.
Xatırladaq ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov 15 sutka həbs edilib.
Daha ətraflı süjetdə: