Vilayət Eyvazov DYP rəisini sərəncama götürdü

14:01 - 7 Aprel 2022 - Xəbər

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi polis mayoru Sübhan İsgəndərov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Hələlik onun yerinə təyinat yoxdur.

Xəbər xətti