Çimnaz Sultanova izləyicisini təhqir etdi: “Beləsinin üzünə tüpürməyi də çox görürəm” - FOTO

11:46 - 7 Aprel 2022 - MAQAZİN

Sosial şəbəkə istifadəçisi olan yaşlı xanım açıq-saçıq paylaşımları ilə gündəmə səs salan aktrisa Çimnaz Sultanovanı təhqir edib. 

Aktrisanın buna cavabı isə biabırçı olub. 

Ç.Sultanova “Facebook” səhifəsində izləyicisinin fotosunu paylaşaraq təhqirə təhqirlə cavab verib. 

“Dağıl, ey dünya! Gör mənə kim və nə yazır?! Anam da yox, nənəm yaşında olan biri! Ay nənə, yaşından-başından utan. Sonra deyirlər ki, yaşlılara hörmət etmək lazımdır. Gör nəvəsi yaşda olan sənətçi xanıma bu nə yazır?! Düz deyirlər, hər saçı ağarana ağsaqqal deməzlər. Ağıl yaşda deyil, başdadır. Beləsinin üzünə tüpürməyi də çox görürəm!”///oxu.az


Xəbər xətti