“Körpələrə yatmaq üçün dərman vermək qətiyyən düzgün deyil”

15:34 - 6 Aprel 2022 - Cəmiyyət

“Körpələrdə yuxu pozğunluğu halına tez-tez rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, bəzən valideynlər körpələrə yatması üçün dərman verirlər:

“Bu, qətiyyən düzgün deyil. Yemək və yatmaq uşaqlarda vərdişlə bağlıdır. 6 aydan sonra uşağa gecə yemək verməyə ehtiyac yoxdur. Çünki vərdiş yaranır”.

Xəbər xətti