Azərbaycanda yeni doğulan körpəyə Zelenskinin adını qoymaq istədilər

11:39 - 6 Aprel 2022 - Cəmiyyət

Azərbaycanda VVAQ şöbəsi yeni doğulmuş körpəyə Volodimir adının qoyulmasına rədd cavabı verib.

Bu barədə tanınmış həkim Səxavət Əlisoy məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib.

Həmin körpənin valideynləri övladlarına bu adı Ukrayna Prezidenti Volodimir Zelenskinin şərəfinə qoymaq istəyiblər.

Xəbər xətti