Dövlət Agentliyində kadr dəyişikliyi oldu

11:06 - 6 Aprel 2022 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Hamlet Nağıyev vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Həmid Məmmədova həvalə olunub.

Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.

 

Xəbər xətti