Ukraynada həlak olan soydaşımız himnimizin sədaları altında dəfn olundu - VİDEO

23:45 - 5 Aprel 2022 - Xəbər

Ukrayna ərazisində davam edən hərbi əməliyyatlarda həlak olmuş soydaşımızın cənazə mərasimindən görüntülər yayımlanıb.

Videoda Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həyatını itirmiş soydaşımızın ukrayna dilində oxunan Azərbaycan himninin sədaları altında son mənzilə yola salınması əks olunub.

Vida törəninin Ukraynanln paytaxtı Kiyevdə baş tutduğu qeyd olunur.

Görüntülər Ukraynanın “Telegram” kanallarında yayımlanıb. 

Xəbər xətti