Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb

18:02 - 5 Aprel 2022 - Cəmiyyət

“Yaşayış binalarında fərdi istlik sistemlərindən, yəni kombilərdən istifadə ətraf mühitin çirklənməsi, eləcə də əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur. Ona görə də binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır”.

Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, binalar istilik enerjisi ilə lazımi səviyyədə tənzimlənməlidir: “Rəy verən zaman aidiyyəti qurumlarla məsləhətləşmələr olur. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ilk növbədə ekoloji və sosial-iqtisadi baxımdan daha səmrəli və məqsədəuyğundur”.

Xəbər xətti