Neftçalada Aprel döyüşlərinin 6-cı ili qeyd olunub - FOTO

20:33 - 4 Aprel 2022 - ÖLKƏ İÇİ

Neftçala rayonunda 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişənin 6-cı il dönümü qeyd olunub

Ucnoqta.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının,,idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, qonaqlar və ictimaiyyət üzvləri iştirak edib.

İlk öncə Neftçala şəhəri Şəhidlər Xiyabanın Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun və Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun məzarı ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Aşağı Qaramanlı kəndində şəhid Elimdar Səfərov adına olan parkda şəhid büstü ziyarət olunub.

Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Aprel döyüşlərinin işğalda olan ərazilərimizə Böyük Qayıdışın başlanğıcı olan Aprel döyüşlərindən danışıb. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Milli Ordunun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilən ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi. Dövlət başçısının sərəncamlarına əsasən, Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu,  quruculuq işləri həyata keçirildi.

Tədbir məktəblilərin hazırladıqları kompoziyalar ilə davam edib.


Xəbər xətti