Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb

20:58 - 3 Aprel 2022 - Cəmiyyət

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. Bu barədə Ucnoqta.az-a TƏBİB-dən bildirilib. Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır. Qeyd edək ki, dünən Bakıda gecə klubunda partlayış baş verib. Hadisə zamanı onlarla insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Xəbər xətti