Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsinə qazın verilməsi dayandırılıb.
Bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb. Buna səbəb kimi yol tikintisi ilə bağlı aparılan işlər göstərilir.
Qeyd olunur ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurublar. Nəticədə qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün Gorus, Qafan, eləcə də sülhməramlıların yerləşdiyi Qarabağ bölgəsi qazsız qalıb.