Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı - QƏRAR

15:05 - 2 Aprel 2022 - Xəbər

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti mayın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət martın 1-dək nəzərdə tutulmuşdu.

 

Xəbər xətti