İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

14:23 - 2 Aprel 2022 - Xəbər

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

 

Xəbər xətti